Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Myanmada müsəlmanlara qarşı edilən zorakılıq hallarından narahatlığını ifadə edib. XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ucnoqta.az-a bildirib: "Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığımızı ifadə edirik. Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik".