Balaxanı-Binəqədi yolunun bir hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılacaq

13:09 - 14 Avqust 2017 - Xəbər

Binəqədi rayonu Balaxanı- Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 15 avqust tarixindən etibarən qismən məhdudlaşdırılacaq. “Azəravtoyol” ASC-dən verilən məlumata görə, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sözügedən ərazidə aparılacaq təmir işləri ilə əlaqədardır. “Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 4 gün avqust ayının 19- na kimi qüvvədə olacaq. “Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat – Məhəmmədi – Pirşağı avtomobil yolundan istifadə etmələrini tövsiyə edir”, - deyə məlumatda vurğulanıb.Apa

Xəbər xətti