Azərbaycanlı alim Lütfi Zadə vəfat edib

09:04 - 13 Avqust 2017 - Xəbər

ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə şənbə günü vəfat edib.Bu barədə Trend İran KİV-lərinə istinadən xəbər verir. Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub. Lütfi Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Məşhur riyaziyyatçı 1946-ci ildən ABŞ-da Massaçusets texnologiya institutunu bitirib, 1949-cu ildə Nyu-Yorkun Kolumbiya universitetində elmlər doktoru alimlik dərəcəsini alıb. Lütfi Zadə dünya şöhrətini 51 il əvvəl süni intelellekt sahəsində qeyri-səlis məntiqi (fuzzy logic) nəzəriyyəsini hazırlayaraq qazanıb. Qeyd edək ki, bundan öncə Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barəsində bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

Xəbər xətti