Bu gecə Yer kürəsində meteorit yağışı müşahidə ediləcək
11:09 - 12 Avqust 2017 - Xəbər
Bu gecə Yer kürəsində meteorit yağışı müşahidə ediləcək. "Report"un məlumatına görə, bu nadir təbiət hadisəsi Perseida meteor axını adlanır.
Meteorit yağışını avqustun 12-dən 13-ə keçən gecə daha aydın görmək mümkün olacaq. Buludsuz hava və aydın səma zamanı göydə saatda 50-yə qədər meteorit görmək mümkün olacaq.