Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Qatar Airwaysşirkəti ilə əldə etdiyi razılığa əsasən Bakcell Ulduzum istifadəçilərinəaviaşirkət tərəfindən xüsusi endirim təklif olunacaq.
Ulduzum abunəçiləri www.qatarairways.com internet səhifəsindən bilet alarkən 10% endirimdən yararlana biləcəklər. Endirimi əldə etmək üçün Bakcell abunəçiləri bileti almazdan öncə “QA” yazıb 5555 qısa nömrəsinə göndərməlidirlər. Daha sonra mesaj vasitəsilə əldə olunan kodu https://www.qatarairways.com/en-az/offers/cug/ulduzum.htmlsəhifəsindəki “Promo Code” pəncərəsinə daxil etmək lazımdır. Qeyd edək ki,10% endirim biletin baza qiymətinə şamil olunur.
Kampaniyanın 07.08.2017-07.11.2017 tarixlərini əhatə edir və bu müddət ərzində əldə edilən səyahət biletləri 07.08.2017-31.12.2017 tarixlərində keçərlidir. Həmin ərəfədə “Qatar Airways” tərəfindən daxili endirimli kampaniyalar olduqda isə Ulduzum istifadəçiləri mövcud endirim faizinə əlavə olaraq 5%endirim qazanacaqlar.
2.5 milyon nəfərdən çox abunəçisi və200-dən çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.
Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.