Ötən gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə prezident İlham Əliyevin sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunub.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Çingiz Aşralı oğlu Qənizadə “Şöhrət” ordeni ilə təltif edilsin”.
Bu gün isə deputatın 60 yaşının tamam olması münasibətilə Milli Məclisin rəhbərliyi onu təbrik edib.