“Ekoloji təmiz bölgəmiz”

13:47 - 10 İyun 2017 - Cəmiyyət

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə  “Ekoloji təmiz bölgəmiz - Ekoloji maarifləndirmə tədbirlərinin təşkili” layihəsi ilə əlaqədar bir sıra tədbirlərlərini 05.06.2017-15.06.2017  tarixlərində Sabirabad rayonunda həyata keçirib. Tədbirdə Sabirabadrayon Ekologiya və Təbii Sərvətlər Departamentinin baş məsləhətçisi N.Məmmədov "Şəhərimizi təmiz saxlayaq" mövzusunda mühazirə oxuyublar. Tədbirin məqsədi ictimaiyyətinin diqqətini ekologiya və təmiz şəhər məsələlərinə yönəltmək, Azərbaycan gənclərinin bu məsələlərdən xəbərdar olduğunu, ekologiyanın qorunmasına biganə qalmadıqlarını göstərmək, ətraf mühitin qorunması, ekoloji mədəniyyətin fərqli formada aşılanmasını təmin etməkdir.
Nəticədə 250-yə yaxın məktəbli və tələbələrin respublikanın ekologiyasının hazırkı vəziyyəti, ekologiyanın qorunması istiqamətində atılan addımlarla yaxından tanış olub. Tədbirdə yerli dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, media qurumlarının nümayəndələri və ekspertlər iştirak edib.

 

Xəbər xətti