"Qarabağ" növbəti mərhələdə
22:48 - 18 İyul 2017 - İDMAN
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin növbəti qarşılaşması keçirilib. Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxıb.
Ağdam təmsilçisi Gürcüstanda bu ölkənin təmsilçisi “Samtredia” ilə qarşılaşıb. Oyun 0:1 "Qarabağ"ın qələbəsi ilə yekunlaşlb. Beləliklə Bakıda keçirilən ilk oyunda Gürcüstan klubunu 5 qolla məğlub edən Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsinə adlayıb.
“Qarabağ” növbəti mərhələdə “Kukesi” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların cavab oyunu sabah Albaniyada keçiriləcək. İlk görüşdə moldovanlar 1:0 hesabı ilə qələbə qazanıblar.
18 iyul
Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Donald Gerye, 22
İlk oyun – 0:5
Baş hakim: Srcan Yovanoviç
Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç
Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”