Bu əraziyə su verilməsi dayandırılıb

11:37 - 14 İyul 2017 - Xəbər

Bakının Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsinə içməli suyun verilməsində fasilə yaranıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, suyun dayandırılmasına səbəb rayonun Dadaş Bünyadzadə küçəsində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisidir. Bu səbəbdən də ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar iyulun 14-də gün ərazində Dadaş Bünyadzadə küçəsinə suyun verilişində fasilə olacaq.

Xəbər xətti