Ələt-Astara yolunda toqquşan avtomobillərdən birinin sürücüsü saxlanılıb

10:50 - 13 İyul 2017 - Xəbər

Ələt-Astara yolunda toqquşan iki avtomobildən birinin sürücüsü saxlanılıb. Ucnoqta.az xəbər verir ki, Baş dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, “KamAZ” markalı yük avtomobili ilə toqquşan “Mercedes-Vita” markalı mikroavtobusun sürücüsü Elturan Fərəcov barəsində cinayət işi başlanıb və o, tutulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 4 nəfər ölüb, iki nəfər xəsarət alıb.

Xəbər xətti