Məscid və məbədlərə qaz üçün limit ayrıldı

16:45 - 12 İyul 2017 - Cəmiyyət

437 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb. Azəriqaz İB-dən Axar.az-a verilən məlumata görı, İB abonentlərinin sayı 2 milyonu keçib.
Yanvar-iyun ayı ərzində “Azəriqaz” əhali sektoru üzrə 46 024 yeni abonenti qeydiyyata alıb, bunun da 21 705-i Bakı, Abşeron və Sumqayıt ərazisinə düşür. 24 319-ü isə regionlar üzrədir.
Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 050 664-ə çatıb.
01 iyul 2017-ci il tarixə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 437 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

Xəbər xətti