Qızılağac Dövlət Qoruğunda baş vermiş yanğın söndürülüb

15:01 - 12 İyul 2017 - Xəbər

İyulun 11-də Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğın hadisəsi həmin gün saat 20 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində söndürülüb.Ekologiya və Təbii Səevətlər Nazirliyindən verilən məlumata görə, yanğının baş verdiyi ərazi əsasən dəniz sahili, qamışlıq-bataqlıq olduğundan və küləklə müşayiət olunduğundan onun söndürülməsi bir qədər çətinlik yaratmışdı. Əraziyə cəlb olunmuş FHN-nin Lənkəran və Masallı rayonlarının yanğından mühafizə bölmələrinin texnika və canlı qüvvəsindən, Qızılağac Dövlət Təbiət Qoruğunun və ETSN-nin müvafiq yerli qurumlarının əməkdaşlarının əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğının söndürülməsinə nail olunub.
İlkin hesablamalara görə, yanğın nəticəsində 16 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə hazırda araşdırma aparılır.

Xəbər xətti