Futbol azarkeşləri Bakı metrosunda vaqona ziyana vurublar

12:27 - 12 İyul 2017 - Xəbər

İyulun 11-də gecə saatlarında metronun "Gənclik" stansiyasından Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edən qatara minən futbol azarkeşləri vaqonlardan birinə ciddi ziyan vurublar."Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, dünən keçirilmiş "Qarabağ" - "Samtredia" oyunundan sonra azarkeşlər həmin marşrut üzrə hərəkət edən qatarın 1566 saylı vaqonunun tavanını dağıdıblar:
"
Bu şəkillər Bakı Metrosunun 1566 saylı vaqonundandır. Dünən Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edirdi. Əsas vəzifəsi sərnişin, insan daşımaq idi. Amma və lakin "Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasında metroya minən bəzi "insanlar" ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan vaqonu bu vəziyyətə salıblar. Əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər..."


Xəbər xətti