Akif Şəfiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

18:07 - 11 İyul 2017 - Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə, Akif Əli oğlu Şəfiyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı bu gün həmçinin, A.Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında da sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, general-mayor A.Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın.

Xəbər xətti