Bakıda bu marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişib

14:08 - 11 İyul 2017 - Xəbər

123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi bu gündən müvəqqəti olaraq dəyişdirilib. Ucnoqta.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, buna səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.
Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.

Xəbər xətti