Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-lərində yayılmış Ermənistan və Rusiya sərhədçilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazilərində birgə təlimlər keçməsi barədə məlumatı araşdırır. Bunu Trend-in müraciətini cavablandıran XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu məlumat diplomatik kanallar vasitəsilə araşdırılır.
Qeyd edək ki, bir müddət əvvəl, erməni KİV-ləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinə istinadən Dağlıq Qarabağda İran ərazisindən keçən sərhəd pozucularının qarşısının alınması ssenarisi üzrə təlimlər keçirildiyini bildirmişdi.