Gəncədə polisə hücum - Silahı əlindən alındı

13:29 - 21 İyun 2017 - Xəbər

Gəncədə mühafizə polisinin əməkdaşına hücum olub. Ucnoqta.az-ın APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Gəncədəki banklardan birinin mühafizəçisi xidməti silahını təhvil verməyə gedərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Həmin şəxs polisin silahını götürərək ərazidən uzaqlaşıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları polisə hücum edənin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

Xəbər xətti