Ucnoqta.az
www.ucnoqta.az

<b>Gəncədə polisə hücum<font color=red> - Silahı əlindən alındı</font></b>

13:29 - 21 İyun 2017 tarixində dərc olunub.

Gəncədə mühafizə polisinin əməkdaşına hücum olub. Ucnoqta.az-ın APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Gəncədəki banklardan birinin mühafizəçisi xidməti silahını təhvil verməyə gedərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Həmin şəxs polisin silahını götürərək ərazidən uzaqlaşıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları polisə hücum edənin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

Müəllif: