Bakıda avtomobil yolu keçən piyadanı vurub

11:57 - 15 İyun 2017 - HADİSƏ

Xəzər rayonu Binə qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, iyunun 14-də saat 13 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Gəncəvi Gənciyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əhəd Əsədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti