İsmayıllı rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, İsmayıllı rayonu, İstisu kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan mansard tipli birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.