Xaçmazda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

10:15 - 15 İyun 2017 - HADİSƏ

Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Xudat-Yalama yolunun 4-cü km-də, Susayqışlaq kəndi ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Qusar rayon sakinləri - 1991-ci il Tariyel Cərullayev, 1991-ci il təvəllüdlü Elşən Hacıverdiyev, 1991-ci il təvəllüdlü Seymur Səfərəliyev, 1991-ci il təvəllüdlü Surxay Tağıyev və 1983-cü il təvəllüdlü Xaçmaz rayon sakini Azər Mirzəyevdir. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sonuncudan başqa digərlərinin vəziyyəti ağırdır.
Fakt araşdırılır.

Xəbər xətti