Avtomobildən qadın kürkü oğurlayan şəxsə cəza verildi

16:58 - 14 İyun 2017 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və soyğunçuluqda təqsirləndirilən Ağayar Xıdırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ucnoqta.az-ın "Report"a məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Xıdırov 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, cinayət hadisəsi bu il fevralın 4-də Bakı şəhərində baş verib. A.Xıdırov paytaxt sakini Sevinc Əkbərovanın “Hyundai” markalı avtomobilindən soyğunçuluq yolu ilə 2 ədəd kürk aparıb.  Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakıl şəhər sakini, əvvəllər məhkum olunmuş A.Xıdırov tutulub.

Xəbər xətti