Ucarda məzunlar yol qəzasına düşdü: xəsarət alanlar var - YENİLƏNİB

16:44 - 14 İyun 2017 - HADİSƏ

Ucar rayonunda yol qəzasında xəsarət alan məzunların adları məlum olub. Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, Göyçay rayon sakini, 1995-cü il təvəllüdlü Namiq Alik oğlu Məmmədov kirayə götürdüyü "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan "Mercedes" markalı avtomobilə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Göyçay şəhər 7 saylı orta məktəbin XI sinif şagirdləri,  2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu Əhmədov xəsarət alıblar.

***16:09

Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var. Hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı minik maşınında sürücü və sərnişinlər - XI sinif şagirdləri olublar. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti