Moskvadan qanunsuz olaraq Yerevana sərnişin daşıyan avtobus marşrutu bağlanıb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu barədə Moskva üzrə Dövlət Yol Nəzarət İdarəsinin mətbuat xidməti bildirib. Moskvadan Rusiyanın Çeboksarı, Vladimir, İvanovo, Kolçuqino şəhərlərinə və Gürcüstan paytaxtı Tbilisiyə qanunsuz olaraq, sərnişin daşıyan avtobus marşrtutları da bağlanıb. Qeyd edək ki, iyunun 13-də Moskva-Yerevan istiqamətində hərəkət edən sərnişin avtobusunun Voronej vilayətində qəzaya uğraması nəticəsində ikisi uşaq olmaqla 3 nəfər yaralanıb.