SOCAR-a məxsus YDM-də növbəti avtomobil qəzası

16:41 - 13 İyun 2017 - HADİSƏ

Ukraynanın paytaxtı Kiyevdə SOCAR-ın yanacaq doldurma məntəqəsində (YDM) renault markalı avtomobil qəza törədib. Ucnoqta.az-ın "qaynarinfo"ya istinadən məlumatına görə, yerli polis xidməti qəzanın səbəbi kimi 31 yaşlı sürücünün yol hərəkəti qaydalarına məhəl qoymamasını göstərib. Belə ki, avtomobil yolda qəza törədərək, maneələri aşıb və yanacaqdoldurma məntəqəsinə daxil olub. Xoşbəxtlikdən qəzada xəsarət alanlar olmayıb. Sürücü cərimələnərək sərbəst buraxılıb. Qeyd edək ki, bu Kiyevdəki SOCAR-a məxsus YDM-ində baş verən ilk avtomobil qəzası deyil. Bir müddət əvvəl yük avtomobili YDM-də qəza törətmişdi.

Xəbər xətti