Bakıda yağışla əlaqədar iki əsas magistralda azaldılan sürət həddi bərpa edilib. Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. "Yağışlı hava ilə əlaqədar olara Bakının 2 əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə 20 km/ saat endirilən maksimal sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb",- deyə məlumatda qeyd edilib.