5 yaşlı uşağı avtomobil vurdu: sürücü qaçıb - Sumqayıtda

14:59 - 13 İyun 2017 - HADİSƏ

Sumqayıt şəhərində beş yaşlı uşağı avtomobil vurub, sürücü hadisə yerindən qaçıb. Ucnoqta.az-ın "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib. Belə ki, yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Muhammad Ələkbərli naməlum avtomobil tərəfindən vurulub. Uşaq müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib. Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən, "VAZ-21124" markalı avtomobili idarə edən şəhər sakini Vüqar İsgəndərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti