Azərbaycanın kommersiya banklarında nağd ABŞ dollarının alış və satış məzənnələri arasındakı fərq milli valyutanın devalvasiyasından sonra minimal həddə enib. Hazırda kommersiya banklarında dolların ən yüksək alış məzənnəsi 1,6900 AZN/USD, ən aşağı satış məzənnəsi isə 1,6920 AZN/USD təşkil edir. Qeyd edək ki, dolları ən baha qiymətə alan "Gunaybank" ASC, ən ucuz satan isə "Silkway Bank" ASC-dir. Bununla da dolların alış-satış spredi 0,12%-ə düşüb.
Xatırladaq ki, məzənnə fərqinin azalması Azərbaycanın maliyyə bazarında aparılan proseslərlə əlaqəli olub. Dolların məzənnəsində son aylarda yaranan sabitlik məzənnə fərqinin daralmasına gətirib çıxarıb.report