Hesablama Palatası Sumqayıt Səhiyyə Şöbəsində yoxlama aparıb

11:52 - 12 İyun 2017 - Xəbər

Hesablama Palatasının Kollegiya iclası keçirilib. Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların və dövlət büdcəsindən Sumqayıt şəhər Səhiyyə Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına  dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
Kollegiyaya dəvət olunmuş Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin mərkəzləşmiş mühasibatlığının baş mühasibinin iqtisadi məsələlər üzrə müavini  İradə Məmmədova və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini Rəşid Ələkbərov, baş mühasib Leyla Quliyeva müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını cavablandırıblar. Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının  həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası ilə bağlı Hesablama Palatasında görüləcək işlər haqqında müzakirələr də aparılıb.Apa

Xəbər xətti