FİFA qətərli hakimləri oyundan kənarlaşdırdı

11:31 - 12 İyun 2017 - İDMAN

 FİFA Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tailand yığmaları arasında keçiriləcək 2018-ci il dünya çempionatının seçmə oyununun qətərli hakimlər briqadasını dəyişib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu qərar BƏƏ Futbol Assosiasiyasının xahişi əsasında verilib. 
İyunun 13-də Banqkokda təşkil olunacaq qarşılaşmaya sinqapurlu hakimlər təyinat alıb. 

Qeyd edək ki, BƏƏ iyunun 5-də Qətərlə diplomatik münasibətləri kəsən ölkələrdən biridir. 2022-ci il dünya çempionatının təşkilatçılarını terrorçulara dəstəkdə ittiham edirlər. 

Xəbər xətti