Bu gün Bakıda “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard və digər rəsmi şəxslər, ictimai xadimlər, millət vəkilləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycanda insan alverinə qarşı mübarizənin uğurlarından, yeni layihənin vacibliyindən bəhs ediblər.