Gənclər Təşkilatları Milli Şurasının sədri Səudiyyə Ərəbistanda Gənclər Sammitində iştirak edib

14:26 - 18 May 2017 - Cəmiyyət

15-16 may tarixlərində Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov Səudiyyə Ərəbistanda keçirilən İslam İnkişaf Bankı Qrupunun Gənclər Sammitində iştirak edib. "Gənclərin sosial-iqtisadi inkişafda iştirakı: İİBQ üzv Dövlətlərdə Gənclərin  İnkişaf baxışının  formalaşdırılmasına doğru" mövzusunda keçirilən samitdə 57 üzv ölkənin dövlət rəsmiləri, ali təhsil müəssisələrin nümayəndələri, gənc sahibkarlar, gənclər təşkilatlarının rəhbərləri və digər nümayəndələr iştirak edib. 

2 gün davam edən sammitdə İİBQ-yə üzv dövlətlərin Gənclərinin imkanları və Səudiyyəyə Baxış 2030-ın  həyata keçirilməsi üçün Səudiyyə Gənclərinin iştirakı və yardımı ilə bağlı panel sessiyaları keçirilib. Tədbir zamanı müxtəlif regionlardan olan Gənc qruplarının İİBQ-yə üzv dövlətlərin  İnkişaf gündəliyini təşkil edən "Gənclər  Dərnəkləri"-nin sessiyaları təşkil olunub. Sammitdə həmçinin İİBQ-nin 57 üzv ölkənin gənclərinin iştirakı ilə, gənclərin  təhsil, iqtisadi inkişaf və məşğulluğu ilə bağlı müzakirələr aparılıb. Qeyd edək ki, sammitdən sonra müzakirələr nəticəsində hazırlanan hesabat 18 may tarixində İİBQ  İdarəçilərin  İclası Şurasına  təqdim olunacaq. 
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov qeyd edib: “Gənclər qlobal iqtisadi transformasiyanı gücləndirmək üçün böyük enerji və motivasiyaya sahibdir. Gənclər qlobal iqtisadiyyatın ancaq istehlakçıları deyil, ilk növbədə istehsalçıları olmalıdır.”
Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür. 

Xəbər xətti