Gürcüstan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıya gəlir

16:23 - 15 May 2017 - Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı cari ilin 19-30 aprel tarixlərində Gürcüstan, Şimali Osetiya və Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Pərvinin “Dəcəl keçi” tamaşası ilə 10 gün müddətində qastrol səfərində olub.
Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, öz növbəsində Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı may ayının 19-22 tarixlərində Bakıda – ADGTT-nın qonağı olaraq L.Titova və A.Starotorjskinin “Королевская корова” (“Kralın inəyi”) tamaşası ilə məktəbli dostlarımızı və şəhərimizin qonaqlarını  sevindirəcəklər. 

Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.
Əsas obrazların ifaçıları Sergey Şvedkov, Tamara Tsikvitinidze, Nino Mumladze, Den Xlıbov, Anna Lejava, Edmon Qabedava, Aleksey Lobov, Nikolay Doniy, Levan Qvazavadır. 
Səfər çərçivəsində ADGTT-nın əməkdaşları tərəfindən qonaqların şəhərimizin görməli yerləri – muzeylərlə, teatrlarla, yeni qurulmuş Su İdman Kompleksi, İçərişəhər və Milli Parkla tanışlıqlarını təmin etmək üçün mədəni proqram da nəzərdə tutulub. 

Xəbər xətti