Bakı-2017: İdman gimnastikası üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb

15:45 - 15 May 2017 - İDMAN

Bu gün Milli Gimnastika Arenasında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb.
Mükafatlandırma mərasimində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Ömər Dinaye iştirak ediblər.
Kişilər arasında sərbəst hərəkətlər, halqalar və paralel qollarda, qadınlar arasında isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda hərəkətlərin yekunu üzrə qalib və mükafatçılara medallar təqdim edilib.
Beş finalın nəticəsinə görə Azərbaycan bir qızıl, iki gümüş və üç bürünc medal qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.trend


Xəbər xətti