Sabahdan ölkəmizdə çimərliklərin monitorinqinə başlanılacaq.Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, mayın 16-dan oktyabrın 1-dək aparılacaq monitorinqlər Bakı və Abşeron, ölkənin cənub və şimalında yerləşən bütün çimərlikləri əhatə edəcək. Bu zaman çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılacaq və çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.
Qeyd edək ki, ötən il aparılmış müayinələrin nəticələrinə əsasən, Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa sahil zolağındakı çimərlik sahələr yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlı hesab edilib.