Moskvada fərdi yaşayış evində 3 meyit aşkarlanıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Məlumata görə, meyitə baxış zamanı məlum olub ki, qadın, kişi və uşaq odlu silahdan açılan atəş nəticəsində ölüb. Ehtimal edilir ki, kişi ailəsini öldürdükdən sonra intihar edib. Qadının öldürüldüyünü görən qız qaçarkən ata onu kürəyindən atəş açaraq öldürüb. Daha sonra intihar edib. Bildirilir ki, intihar edən kişi Daxili İşlər Nazirliyinin əməkdaşıdır.(istipress)