Azərbaycan paracüdoçusu İlham Zəkiyev (100 kq-dan artıq) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mübarizəyə başlayıb. Trend-in məlumatına görə, ilk tatamidə İ.Zəkiyevin rəqibi İran təmsilçisi Mousanezhadkarmozidi Ehsan olub. İ.Zəkiyev rəqibinə ipponla qalib gəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.