Bakı-2017: Azərbaycanın 4 karateçisi finalda

12:07 - 14 May 2017 - Xəbər

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan karateçisi Fəridə Əliyeva (+68 kq) finala vəsiqə qazanan ikinci qadın karateçimiz olub.
O, yarımfinalda pakistanlı idmançı Nərgiz Nərgizi 1:0 hesabı ilə məğlub edib.
Bundan əvvəl isə karateçilərimiz İrina Zaretskaya ,Roman Heydərov və Ayxan Mamayev də finala vəsiqə qazanıblar.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.trend

Xəbər xətti