Fəridə Abiyeva: "Qələbəni Azərbaycan xalqına həsr edirəm"

21:20 - 13 May 2017 - Xəbər

 "Çox həyəcanlıyam. Güclü hazırlaşmışdım. İnamlı qələbə qazandım. Sevincimin həddi-hüdudu yoxdur, bilmirəm nə danışım". Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazan Azərbaycan karateçisi Fəridə Abiyeva deyib.
61 kq çəkidə mübarizə aparan idmançı bildirib ki, ən çətin görüşü yarımfinalda özbəkistanlı Barno Mirzəyevaya qarşı olub: "Ona əvvəlki iki yarışda uduzmuşdum. Bu dəfə məğlub ola bilməzdim. Qələbəni Azərbaycan xalqına həsr edirəm".

Xəbər xətti