Mayın 14-də Çinin paytaxtı Pekin şəhərində "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində Yüksək Səviyyəli Forum keçiriləcək. Tədbirdə 28 ölkədən dövlət və hökumət başçılarının, 110 ölkədən dövlət və özəl sektor nümayəndələrinin, sərmayədarların, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsinin iştirak edəcəyi gözlənilir.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, forumda Azərbaycanı İqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.