Bu gün səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərindən Antalyaya uçan, “Ural hava yolları” aviaşirkətinə məxsus “Airbus A321” az müddət sonra hava limanına geri qayıdıb. Aviaşirkət nümayəndəsinin sözlərinə görə, ekipajın geri qayıtmaq barədə qərarına təyyarənin mühərrikinə düşən quş səbəb olub. Beləliklə, yerli vaxtla saat 4:00-da (Bakı vaxtı ilə 3:00-da) yola düşməli olan təyyarə bu gün saat 13:20-də (Bakı vaxtı ilə 12:20-də) Türkiyəyə istiqamət götürəcək. Başqa sözlə, ləngimə 9 saatdan artıq olub.(virtualaz.org)