Sabiq MİS rəisi 10 il cəza aldı - 400 minlik dələduzluğa görə

12:57 - 12 May 2017 - HADİSƏ

Sabiq MİS rəisi müdirinə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Quliyev Namiq Ədalət oğlu cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə 400 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Namiq Quliyevə hökm oxunub. Məhkəmənin hökmü ilə Namiq Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Namiq Quliyev Nərimanov rayonunda yerləşən "JEK"lərdən birində rəis olub. N.Quliyev torpaq sahələrinin özəlləşdirilməsi adı ilə vətəndaşlardan 400 min manat alıb. Sabiq MİS müdiri vədinə əməl etməyərək vətəndaşlara qarşı dələduzluq edib. Qeyd edək ki, Namiq Quliyev Cinayət Məcəlləsinin 178.3.2(külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinir. (Musavat.com )

Xəbər xətti