Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Anar Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə zamində olan A.Qədimovun barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. A.Qədimov Dubaydan telefon gətirmək adı ilə tanışları olan zərərçəkmiş şəxslərə qarşı 16 min manat məbləğində dələduzluq edib.