"İrəli" sədri və katibliyi "Heydər Əliyev zirvəsi"nə yürüş etdi - FOTO

01:43 - 11 May 2017 - ÖLKƏ İÇİ

Gənclərin vətənpərvər ruhda, sağlam ruhda böyüməsi və Ulu Öndərin 94-cü ildönümü ilə bağlı "Heydər Əliyev zirvəsi"nə yürüşdə "İrəli" İctimai Birliyinin sədri və katibliyi iştirak ediblər. Ucnoqta.az bildirir ki, "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov və katiblik 3571 m məsafəni qət edib, Azərbaycan bayrağını, "İrəli" İctimai Birliyinin bayrağını "Heydər Əliyev zirvəsi"ndə dalğalandırıb. Qeyd edək ki, iki gün davam edən yürüşdə iştirakçılar kamp şəraitində çadırda qalıblar.

Onu da qeyd edək ki, hər il Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kütləvi yürüşlərin təşkil olunması artıq xoş bir ənənəyə çevrilib.

Sonda Yürüş iştirakçıları Azərbaycan Hava və Ekstremal idman növləri Federasiyası tərəfindən Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş "Heydər Zirvəsinə"(3751m) müvəffəqiyyətlə yürüş etdiklərinə görə sertifikatla təltif olunub.

Xəbər xətti