Böyük məbləğdə borcu olan sakin, üç dəfə kredit götürdüyü bankı qarət etdi - VİDEO

16:31 - 10 May 2017 - HADİSƏ

Nijnı Novqorodda (Rusiya) şəhər banklarından birinin ofisini bıçaqla təhdid edərək qarət edən kişinin məhkəməsi başlayıb. Şəxs saxlanılandan sonra onun çoxlu borcu olduğu, elə həmin hücum etdiyi şöbədə üç dəfə kredit götürdüyü məlum olub. Mikromaliyyə təşkilatından borc alan Vladimir Aslanyan ofisə pulla deyil, bıçaqla qayıtmaqdan başqa yaxşı heç nə düşünməyib. Ofisə daxil olan kişi qadın əməkdaşı təhdid edərək dərhal pulların ona verilməsini tələb edib. Qorxmuş qız çağırılmamış qonaqla mübahisə etmədən bütün nəğd pulları çıxarıb. Hücum edən şəxsi isti izlərlə saxlamaq mümkün olub. 30 yaşlı etdiyi əməli boynuna almır və hadisəni şərh etməkdən imtina edir. Günahı sübuta yetiriləcəyi halda onu bir neçə il həbs cəzası gözləyir.(salamnews)

 

Xəbər xətti