İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub. Elçin Həsənov və Cabbar Quliyev baş direktor Cəmil Quliyevin müavini təyin edilib.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov məlumatı Lent.az-a təsdiqləyib. O bildirib ki, yeni müavinlər artıq bir həftədir işini icra edir.
Bildirək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini Şaiq Məmmədov vəzifəsindən azad edilib.