Sevgilisi Aslı Enverlə əlaqəsini bitirən və çətin günlər keçirən Murat Boz intihar etmək istəyən bir nəfəri fikrindən yayındırıb. Murat Bozun atası Cəfər Boz intihar etmək istəyən bir adamı görüncə oğluna zəng edərək kömək istəyib. Məşhur müğənni də FaceTime vasitəsi ilə gənclə əlaqə saxlayaraq intihar cəhdinə mane olub. Məşhur müğənni Murat Boz ilə atası Cəfər Boz ötən gün maraqlı bir hadisənin qəhrəmanları olublar. Ata Boz İstanbulun Acıbadem istiqamətində dostlarıyla oturduqları bir məkanda gənc bir şəxsin yaxınlıqdakı binanın damına çıxdığını görüb. Cəfər Boz intihar etmək istəyən A.E. adlı adamı fikrindən yayındırmaq üçün böyük səy göstərib. İşsiz qaldığını və borcları olduğunu söyləyən şəxs intihar cəhdi fikrindən yayınmayınca ata Boz oğluna zəng edərək kömək istəyib. FaceTime-la vətəndaşla əlaqə saxlayan Murat Boz uzun bir səy nəticəsində A.E.-ni fikrindən yayındıra bilib. Murat vətəndaşa borcları və ödəyə bilmədiyi ev kirayəsi üçün kömək etmək sözü verib. Bundan sonra damdan enən A.E. ata Boz ilə polis bölməsinə gedərək ifadə verib. Doktor müayinəsindən də keçirilən şəxs evinə yola salınıb. Canına qəsd etmək istəyən şəxsin həyatını qurtaran Murat Bozun A.E.-yə tez-tez zəng edib vəziyyətinə nəzarət etdiyi deyilir. (milli.az)