FTB direktoru istefasına dair xəbərə inanmayıb

14:13 - 10 May 2017 - Xəbər

Ceyms Komi onun istefasına dair məlumata inanmayıb. Bu barədə “The New York Times” yazır. Nəşrin məlumatına görə, Donald Trampın müvafiq fərmanı barədə xəbəri FTB direktoru Los-Anceles şöbəsinin əməkdaşları qarşısında nitq ilə çıxış edərkən alıb. Ekranda təcili xəbər sətrini görən Komi gülümsəyərək bunun çox uğurlu zarafat olduğunu bildirib. Amma direktoru müşayiət edənlər ona nitqini dayandırıb, kabinetinə geri dönməli olduğunu bildiriblər. İstefasına dair xəbəri o, belə alıb. Tramp Komini Ədliyyə naziri, baş prokuror Ceff Seşnsın tövsiyəsi ilə işdən azad edib. FTB-nin sabiq direktoruna ünvanlanmış məktubda onun büroya səmərəli rəhbərlik etmə qabiliyyətinə malik olmadığı deyilir. Ağ evin məlumatına görə, Komi öz səlahiyyətlərindən sui-istifadə edərək Hillari Klintona qarşı elektron poçt serverinin qanunsuz istifadəsinə dair açılan işə xitam verib. FTB direktorunun səlahiyyətlərinin icra edilməsi 49 yaşlı Endryu Makkeybə tapşırılıb. Buna qədər o, direktor müavini vəzifəsini yerinə yetirib. (Oxu.Az) 

Xəbər xətti