Məşhur türkiyəli müğənni İbrahim Erkal dünyasını dəyişib. Sənətçi müalicə aldığı xəstəxanada vəfat edib. Sənətçi beyin ölümü keçirsə də hələki ürəyi və digər orqanları fəaliyyətini davam etdirir. Qeyd edək ki, İbrahim Erkal 12 aprel tarixində evinin avtomobil qarajında huşunu itirmiş vəziyyətdə tapılaraq xəstəxanaya yerləşdirilmişdi. Onun yerləşdirildiyi Umraniye Təhsil və Araşdırma xəstəxanasının həkimi Necdet Sağlam açıqlamasında bildirib ki, bu gün aparılan müayinələr zamanı müğəninin beyin ölümü keçirdiyi müəyyənləşdirilib. 50 yaşlı müğəninin sosial hesabından da onun beyin ölümü keçirməsi ilə bağlı status paylaşılıb.( "İHA")