Məşhur italiyalı musiqiçi, DJ Robert Mayls 47 yaşında dünyasını dəyişib. Qısamüddətli xəstəlikdən əziyyət çəkən R. Mayls İspaniyanın İbitsa şəhərində vəfat edib. Əsl adı Roberto Konkina olan musiqiçi 1995-ci ildə “Children” (Uşaqlar) mahnısı ilə məşhurlaşıb. 12 ölkənin musiqi çartlarında birinci olan R. Mayls 1997-ci ildə Britaniyanın ən yaxşı beynəlxalq nailiyyət mükafatına layiq görülüb. R.Mayls 1969-cu ildə İsveçrədə anadan olub. “Children” hitindən sonra o daha beş albomun müəllifi olub.(BBC)